"Sədərək"dəki yanğınla bağlı xəstəxanaya 1 nəfər yerləşdirilib - TƏBİB

21:30 08.01.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Sədərək” ticarət mərkəzində yanğın baş verməsi səbəbilə 1 nəfər tüstüdən zəhərlənmə ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.

TƏBİB-dən hafta.az-a verilən məlumata görə, iki nəfərə isə tüstüdən zəhərlənmə səbəbilə yerində yardım göstərilib.

Qeyd edək ki, TƏBİB-in tabeliyindəki Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına saat 18:22 radələrində “Sədərək” ticarət mərkəzində yanğın olması ilə bağlı çağırış daxil olub.

Yanğın səbəbilə hadisə yerinə 4 təcili tibbi yardım briqadası göndərilib.